Martın 28-də gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Ekologiya.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər yarımadanın bəzi yerlərində duman, az çiskin olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 5-8° isti, gündüz 13-17° isti olacağı bildirilir. Atmosfer təzyiqi 765 millimetr civə sütunundan 762 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 faiz, gündüz 60-65 faiz olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 17-21° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti olacaq.
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda hava əsasən yağmursuz olacaq. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 18-23° isti olacaq.
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy və Göygöldə hava əsasən yağmursuz olacaq. Arabir duman, səhər bəzi yerlərdə çiskin olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 1-6° isti, gündüz 10-15° isti olacağı gözlənilir.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilanda hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7° isti, gündüz 12-17° isti olacağı proqnozlaşdırılır.
Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz və Naftalanda hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 5-9° isti, gündüz 16-21° isti olacağı bildirilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusarda hava əsasən yağmursuz olacaq. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3-8° isti, gündüz 15-20° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 10-15° isti olacağı gözlənilir.
Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan və Neftçalada hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 17-21° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar və Cəlilabadda hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 14-19° isti, dağlarda gecə 3-6° isti, gündüz 10-15° isti olacaq.