Müğənni Şəbnəm Tovuzlunun İnstaqram paylaşımı maraq yaradıb.
Bizim.Media xəbər verir ki, Şəbnəm yeni şəkillərinə qalmaqallı şərh yazıb. O ad çəkmədən bəzi şəxsləri “ilan” adlandırıb:
“Bir gün bir ilan çayı keçmək istəyir, amma keçə bilmir. Bu vaxt qurbağa ona deyir ki, “Məni çalmasan, səni qarşıya keçirərəm”. İlan cavab verir: “Mənə qəlbdən əl uzadana zərər vermərəm”. Qurbağa ilanı çayın o biri tərəfinə keçirir. İlan qarşıya çatanda qurbağanı ayağından sancır. Qurbağa dönüb soruşur: “Məni niyə vurdun? Axı mən sənə düşmən deyiləm”. İlan cavab verir: “Bu mənim təbiətimdir, zəhərimi tökməliydim.” Buna görə də bu həyatda bəzən ürəyini daş etməlisən. İlanın ağı da, qarası da lənətə gəlsin”.
Sara, Bizim.Media