Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyevə qan köçürülməsi davam edir.
Moderator.az bildirir ki, bu haqda Teleqraf-a aktyorun qızı Leyla Rəhimli məlumat verib.
"Atam dializ olunduğuna görə, ona çox qan lazımdır. Hələ də reanimasiyadadır. Həkim də narahatdır ki, boyunun aşağı hissəsi iflic olduğuna görə gələcəkdə süni tənəffüs aparatından ayrıldıqdan sonra nəfəs ala bilməyəcək. Müraciətdən sonra qan verənlər oldu, amma daha çox qanı iş yoldaşları verdilər. Atama çox qan lazımdır. Qan üçün Yeni Klinikaya deyil, Mərkəzi Qan Bankına müraciət etmək lazımdır".
Qeyd edək ki, Möylə Mirzəliyev Yeni Klinikaya yerləşdirilib. O, bir müddət əvvəl boyun fəqərələrində spinal stenoz diaqnozu ilə özəl tibb müəssisəsində transpedikulyar fiksasiya (implant) əməliyyatı olunub.
Əməliyyat sonrası xəstədə yuxarı və aşağı ətrafların iflici qeydə alındığından uzun müddət digər tibb müəssisəsinin reanimasiya və intensiv terapiya şöbəsində müalicə edilib.