EN

Amin üçün mövsüm başa çatdı

"Sabah"ın futbolçusu Amin Seydiyev əməliyyat olunub.

"Football-plus.az" xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Cinah müdafiəçisi İstanbuldakı klinikalardan birində sağ adduktor əzələsinin qopması ilə bağlı cərrahi müdaxiləyə ehtiyac duyub. Əməliyyat uğurla başa çatıb.

Qeyd edək ki, 26 yaşlı oyunçu mövsümün qalan hissəsini başa vurub.

Chosen
86
20
football-plus.az

10Sources