EN

Qəzzada 360 min qaçqın infeksiyaya yoluxdu

Qəzza zolağındakı qaçqın düşərgələrində ən azı 360 min nəfər müxtəlif yoluxucu xəstəliklərə yoluxub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, İsrail hərbi əməliyyatları nəticəsində sığınacaqda sıxlıq yaranıb, hazırda orada 1,9 milyona yaxın insan var:

"Ümumdünya Səhiyyə Təşkilatı sığınacaqda meningit, suçiçəyi, sarılıq və yuxarı tənəffüs yollarının infeksiyaları halları qeydə alıb. Qəzza zolağındakı 36 xəstəxanadan yalnız 11-i xəstələri məhdud şəkildə qəbul etməyə davam edir. Fələstin anklavının şimalında isə sadəcə bir tibb müəssisəsi qismən fəaliyyət göstərir".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Chosen
40
9
milli.az

8Sources