EN

Azərbaycan Almaniyaya fındıq ixracını 2 dəfə artırıb

2023-cü ilin on bir ayında Azərbaycandan Almaniyaya soyulmuş fındıq tədarükü təqribən 4 min ton təşkil edib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 1,9 dəfə çoxdur. Bu barədə Almaniyanın Statistika Komitəsi məlumat verib. 

Pul ifadəsində hesabat dövründə tədarüklər 1,8 dəfə artaraq təxminən 22,2 milyon avroya çatıb.

Oktyabrda Azərbaycan Almaniyaya 338 ton meşə fındığı (illik müqayisədə artım 3,2 dəfə) ixrac edib. İxracın həcmi dəyər ifadəsində 3,2 dəfə artaraq 2 milyon avro təşkil edib.
 
Dövlət Gömrük Komitəsinin sentyabrın məlumatına görə, 2023-cü ilin doqquz ayında Azərbaycandan qabıqlı fındıq ixracı  15 min 252,88 ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20,7% çoxdur. 
 
2023-cü ilin yanvar-sentyabrında Azərbaycan fındıq ixracından 110 milyon 643 min ABŞ dolları gəlir əldə edib. 

 
Əsas fındıq idxalçıları arasında Rusiya, Almaniya və İtaliya var.
 
2023-cü ilin birinci yarısında Avropa İttifaqı (Aİ) ölkələri Azərbaycandan 25,395 milyon avro dəyərində 4,773 min ton qabığı təmizlənmiş meşə fındığı  idxal edib
 
Azərbaycan dünyada ən böyük fındıq istehsalçısı və ixracatçılarından biridir.
 
Gülnar 

www.anews.az
Chosen
291
3
anews.az

10Sources