EN

Sakit okeanın ada ölkəsində ZƏLZƏLƏ OLDU

Sakit okeandakı ada ölkələrindən biri olan Vanuatuda 6,3 bal gücündə zəlzələ baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, episentri Vanuatunun paytaxtı Port-Vila şəhərindən 43 kilometr cənub-qərbdə meydana gələn 6,3 bal gücündə zəlzələ 37 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələdə xəsarət və ya tələfatla bağlı açıqlama verilməyib.


Bizim.Media

Chosen
361
50
bizim.media

10Sources