EN

“Azərbaycan qanunvericiliyi öz gücünü göstərəcək” - DEPUTAT ŞƏRH ETDİ

“Həbs edilən qondarma rejimin separatçıları layiqli cəzalarını alacaqlar. Hazırda xalqın üzü gülür, bu isə məhz Qarabağdakı qələbəmizlə bağlıdır. Eyni zamanda müharibə və ondan əvvəlki zamanlarda cinayətlər törədənlərin tutularaq cəza almaları vətəndaşların sevincini artırır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Kərimli deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi isə yetərli qədər humanistlik göstərdi, artıq ərazilərimizdə cinayət törədənlərin qanuni yolla cəzalandırılması təmin ediləcək: “Çünki həmin cinayətkarların əlləri yüzlərlə azərbaycanlının qanına bulanıb. Təbii ki, Azərbaycan məhkəmələri bu istiqamətdə lazımi qərarları verəcək və tədbirlər görüləcəkdir. Eyni zamanda törədilən bütün cinayətlərin üstü açılacaq. Azərbaycan qanunvericiliyi bu məsələdə də öz gücünü göstərəcək”.

Müəllif: Səbinə Hüseynli
Chosen
377
27
sia.az

10Sources