EN

HƏMAS iki uşaqlı israilli qadını əsirlikdən azad etdiyini bildirib

HƏMAS-dan verilən açıqlamada bildirib ki, girovluqda olan bir israilli qadın və iki uşağı azad edib...Poliqon xəbər verir ki, bu barədə Аl Jazeera telekanalı məlumat yayıb.“HƏMAS-ın hərbi qanadı “Əl-Qəssam Briqadaları” qrupu israilli qadın və uşaqları sərbəst buraxıb və bu barədə görüntülər ortaya çıxıb”, deyə telekanal qeyd edir.Аl Jazeera-nin məlumatına görə, uzaqdan çəkilmiş görüntülərdə qadın və uşaqlar, eləcə də kişilərin – ehtimal ki, HƏMAS yaraqlılarının addımladığı görünür. Media təsdiq edib ki, qadın və uşaqlar İsraillə Qəzza zolağı arasında sərhəd ola biləcək hasarın yaxınlığındakı açıq ərazidədir.Oktyabrın 7-də səhər saatlarında İsrail ordusu Qəzza zolağından olan fələstinli radikalların İsrail ərazisinə raket zərbələri endiriblər. Raket hücumlarına cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzzada hərbi əməliyyata başladığını açıqlayıb. Ehtiyatda olan hərbçilərin də geniş miqyaslı toplantısı elan edilib.Poliqon.info

Chosen
294
poliqon.az

1Sources