tən il dekabrın 26-da İmişli rayonu, Qaragüvəndikli kəndində, Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən intensiv şəkildə davam etdirilir. FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hazırda nazirliyin qüvvələri tərəfindən uşağın itkin düşdüyü ehtimal edilən istiqamətlər üzrə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.Axtarış əməliyyatları, o cümlədən kanal boyu mürəkkəb keçidlərdə suyun səviyyəsinin endirilməsi ilə fasiləsiz davam etdirilir.
![Kanalda]()
![](https://azertag.az/files/galleryphoto/2024/1/1200x630/17093767125697541140_1200x630.jpg)
![](https://azertag.az/files/galleryphoto/2024/1/1200x630/17093767122133314385_1200x630.jpg)
![](https://azertag.az/files/galleryphoto/2024/1/1200x630/17093767121559818072_1200x630.jpg)