21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-21) martın 18-dən 26-na qədər Bakıda təlim-məşq toplanışı keçirəcək.
Arena.az xəbər verir ki, baş məşqçi Samir Əliyev bu toplanış üçün yığmaya 25 futbolçu çağırıb.
Yığmaya dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
- Amin Ramazanov – Qarabağ
- Rüstəm Samiqullin – Sabah
- Yusif İmanov – Sabah
- Süleyman Damadayev – Şamaxı
- İbrahim Ramazanov – Qəbələ
- Seymur Məmmədov – Sabah
- Cəlal Hüseynov – Arda (Bolqarıstan)
- Həzrət İsayev – İmişli
- Abdulla Rzayev – Araz-Naxçıvan
- Rüfət Əhmədov – Kəpəz
- Rüfət Abbasov – Neftçi
- Ayxan Süleymanlı – Sumqayıt
- Qurban Səfərov – Şamaxı
- Nazim Həsənzadə – Zirə
- Camal Cəfərov – Kəpəz
- Ramin Nəsirli – Araz-Naxçıvan
- Xəyal Əliyev – Sabah
- Murad Vəliyev – Nomme Yunayted (Estoniya)
- Fərid Yusifli – Turan Tovuz
- Emil Səfərov – Qəbələ
- Zeynəddin Abdurahmanov – Səbail
- Samir Abdullayev – Səbail
- Mehrac Baxşalı – Qəbələ
- Nəriman Axundzadə – Qarabağ
- Ağadadaş Salyanski – Neftçi
Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 22-də İngiltərə yığmasını qəbul edəcək. U-21 millimiz martın 26-da da Ukraynanın müvafiq yaş qrupundan ibarət yığma komandası ilə üz-üzə gələcək. Hər iki oyun “Azərsun Arena”da keçiriləcək. Qarşılaşmaların start saatı da eynidir – saat 16:00.