EN

Kimya fabrikində baş verən yanğında 5 nəfər ölüb

Şənbə günü axşam saatlarında Hindistanın qərbindəki Racastan əyalətində kimya fabrikində baş verən yanğın nəticəsində azı 5 nəfər ölüb, 4 nəfər yaralanıb. SİA Sinxua agentliyinə istinadla xəbər verir ki, hadisə əyalətin paytaxtı Caypur şəhəri yaxınlığındakı Şalimar kimya zavodunda baş verib. Polis bildirib ki, yanğına səbəb fabrikdəki qazanlardan birində baş verən partlayış olub.

Yaralılar yerli xəstəxanaya yerləşdirilib.

Ölənlərin hamısı kimya fabrikində işləyən fəhlələr olub.

Chosen
221
50
sia.az

10Sources