EN

Bank Respublika ABŞ-də Azərbaycanın ilk bankçılıq missiyasında iştirak etdi

22 aprel 2024-cü il tarixindən başlayaraq, Azərbaycan Bankçılıq Missiyası bank və maliyyə sektorlarına dair təcrübə mübadiləsi məqsədi ilə Amerika Birləşmiş Ştatlarına ilk işgüzar səfərini həyata keçirib.

Bu missiya, Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) və Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbər nümayəndələrinin, bir sıra bankların sədrlərinin, o cümlədən \"Bank Respublika”ASC-nin Müşahidə Şurasının sədri Şakir Rəhimovun iştirakı ilə reallaşır.

Missiyanın əsas məqsədi ABŞ və Azərbaycan arasında maliyyə sahəsində əməkdaşlığı gücləndirməkdir.

Amerika Birləşmiş Ştatları-Azərbaycan Ticarət Palatasının (AmCham) təşkilati dəstəyi ilə səfər çərçivəsində ABŞ Dövlət Departamentində və digər dövlət təşkilatlarında, maliyyə qurumlarında görüşlər keçirilib. 

ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (DFC) Baş qərargahında \"DFC maliyyələşdirməsinə əlçatanlıq: qaydalar və tənzimləmələr\" mövzusunda ikitərəfli görüş keçirilib. Tədbir zamanı DFC ilə gələcək əməkdaşlıq imkanları, qurumun maliyyələşdirməyə maraqlı olduğu prioritet sahələr müzakirə edilib.
Azərbaycan bankçılıq missiyasının növbəti görüşlərində \"Exim Bank\" və \"Bank of New York Mellon\" (BNY Mellon) kimi nüfuzlu qurumlarla əməkdaşlıq imkanları və iş birliyi sahələri müzakirə olunub. Görüşlərdə bankların təcrübələri, mümkün risklərin idarə edilməsi, komplayns məsələləri və süni intellektin bank əməliyyatlarında tətbiqi haqqında məlumatlar paylaşılıb.
Bank Respublika 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı beş bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə qurumlarından biri olan - Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var. Bank Azərbaycanın bank sektorunda ən yüksək beynəlxalq reytinqlərdən birinə - \"Stabil\" proqnozlu \"B2\" reytinqinə (Moody\'s) malikdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
248
50
Sources
Comment ()
Close

Rating

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
19252
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
13166
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
10429
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4911
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
4853
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3642
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
3398
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2857
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2565
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2226
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1683
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1175
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1067
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1050
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
1027
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
1016
Mayın ilk gününün havası açıqlanıb
965
Arda dubl etdi - VİDEO
854
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
828