EN

Naxçıvanda ölənlər Birinci Qarabağ Müharibəsindən qalan hərbi sursatların qurbanı olub - AÇIQLAMA

Bakı. Trend:

Dünən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Qaraağackəndi ərazisində Ermənistan tərəfindən vaxtilə atılmış hərbisursatın partlaması nəticəsində iki nəfər həlak olub.

Məsələ ilə bağlı Trend-ə açıqlamasında Minalar ƏleyhinəAzərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanovbildirib ki, baş vermiş hadisə onu göstərir ki, mina və partlamamışsursatlara tək işğaldan azad edilmiş ərazilərimizdə deyil,Ermənistanla sərhəd olan ərazilərimizdə də rast gəlinir.

"Naxçıvanda həlak olan vətəndaşlarımız Birinci QarabağMüharibəsindən qalan partlamamış sursatların qurbanı olub. Bizimtəşkilat ötən il Naxçıvan Muxtar Respublikası ərazisində mina vəpartlamamış hərbi sursatlara dair monitorinq keçirdi. MonitorinqlərErmənistan və İranla həmsərhəd bölgələrdə aparıldı.

Monitorinqlər zamanı müəyyən olundu ki, Ermənistanla sərhəddəminalar və partlamamış sursatlar var. İran və Türkiyə ilə sərhəddəisə bu təhlükələr yoxdur. Cəbhəyanı ərazilərdə görüşlər keçirdik,maarifləndirmə işləri apardıq. Naxçıvanda axırıncı mina partlayışıhadisəsi 2021-ci il Şərur rayonunda baş verib".

H.Səfixanov bildirib ki, düşmən qadağan olunmuş üsullardanistifadə etməklə, ərazilərin minalanması zamanı heç bir standart,norma gözləməyib və əraziləri çox ciddi şəkildə minalayıb.

"Azad edilmiş ərazilərdə yaşayan, quruculuq işlərində iştirakedən şəxsləri ərazilərdə ehtiyatlı olmağa, müəyyən olunmuş,təmizlənmiş yollardan istifadə etməyə, xüsusi işarələnmişzolaqlardan çıxmamağa çağırırıq. Bundan başqa, ərazilərəqeyri-qanuni yollarla da ərazilərə keçmək istəyənlər olur. Bununlaonlar öz həyatlarını təhlükəyə atırlar. Vətəndaşlar mina vəpartlamamış hərbi sursatlar, əraziyə xas olmayan şübhəli əşyalargördükdə mütləq müvafiq orqanlara müraciət etsinlər", - deyə o qeydedib.

Qeyd edək ki, 2020-ci il 10 noyabrdan - 27 aprel 2024-cü iləqədər 356 nəfər minadan zərər çəkib. Onlardan 65 nəfər həlak olub,291 nəfəri xəsarət alıb.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
41
az.trend.az

1Sources