EN

"Həkimlərimizi tanıyaq!" rubrikası təqdim edir: Rəhim Quliyev

"Həkimlərimizi tanıyaq!" rubrikamızda Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin çağırışçı-həkimi Rəhim Quliyevi sizə təqdim edirik.

 

O, 1963-cü ildə Bərdə rayonunda anadan olub. 1985-1991-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. 1991-1992-ci illərdə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında internatura keçib.

 

Rəhim Quliyev 1992-ci ildən Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsində çağırışçı-həkim vəzifəsində əmək fəaliyyətinə başlayıb. 1993-1999-cu illərdə Azərbaycan Silahlı Qüvvələrində hərbi-həkim kimi xidmət göstərib. 1999-cu ildən etibarən Təcili və Təxirəsalınmaz Yardım şöbəsində böyük həkim vəzifəsini icra edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
45
aztibb.az

1Sources