Erasmus+ KA1 mübadilə proqramı çərçivəsində İspaniyanın Granada Universiteti və Rumıniyanın Babeş-Bolyai Universitetinin əməkdaşları Bakı Mühəndislik Universitetində (BMU) səfərdə olublar. Səfər çərçivəsində qonaqlar Mühəndislik, eləcə də Pedaqoji fakultənin müəllim və tələbələri ilə görüşüblər.
Â
AzEdu.az xəbər verir ki, Granada Universitetinin nümayəndəsi Antonio Ruiz Moya Kompüter və informasiya texnologiyası kafedrasının tələbələri, Babeş-Bolyai Universitetindən Diana Felicia Panait isə Biologiya müəllimliyi kafedrasının tələbələri üçün ixtisasları ilə əlaqəli mövzularla bağlı geniş təqdimatlarla çıxış ediblər.
Â
Qonaqlar, həmçinin BMU-nun kampusu, Texnopark və laboratoriyaları ilə yaxından tanış olublar. Mədəni mübadilə, akademik zənginləşmə və beynəlxalq əlaqələri gücləndirmək məqsədi daşıyan səfər bir həftə davam edib.