İstanbulun Arnavutköy bölgəsində meşə işçiləri insan kəlləsi və sümük parçaları tapıblar.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, polis hadisə yerində araşdırma aparıb və 1 insan kəlləsi və 2 insan sümüyü olduğu ehtimal edilən parçaları götürüb.
Araşdırmalar zamanı başqa heç bir izə rast gəlinməsə də, qalıqlar müayinə olunmaq üçün Ədliyyə Tibb Təşkilatına aparılıb.
Qruplar mövzuyla əlaqədar araşdırma başladıb.