EN

Kriştianonu 900 qoldan cəmi 10 qol ayırır!

Qocalmaq bilməyən Kriştiano Ronaldo Səudiyyə Ərəbistanında adından söz etdirməkdə davam edir.

Dünən Ronaldonun şərəfini qoruduğu ''Əl-Nəsr'' Səudiyyə Ərəbistanı çempionatının 30-cu turunda ''Əl-Vehda'' ilə qarşılaşdı. Portuqaliyalı superulduz komandasının 6:0 hesablı parlaq qələbəsinə het-triklə töhfə verdi. Özü də 39 yaşlı futbolçu ideal het-trik edərək ilk qolu sağ ayaqla, ikinci qolu başla, 3-cü qolu sol ayaqla vurdu! Bu, məşhur futbolçunun son 5 turdakı 3-cü het-triki oldu. Ronaldo bu mövsüm çempionatda 27 oyunda artıq 42 qolun vurulmasında yaxından iştirak edib (32 qol, 10 məhsuldar ötürmə) və inamla bombardirlər yarışına başçılıq edir. Ümumilikdə 66-cı dəfə het-trik edən Kriştiano Lionel Messidən (57) bir qədər də uzaqlaşdı. Onu da bildirək ki, Ronaldo peşəkar karyerasında vurduğu qolların sayını 890-a çatdırdı! O, bu qollardan 5-ni ''Sportinq''də, 145-ni ''Mançester Yunayted''də, 450-ni ''Real''da, 101-ni ''Yuventus''da, 61-ni ''Əl-Nəsr''də və 128-ni Portuqaliya yığmasında vurub. Göründüyü kimi futbol tarixinin ən məhsuldar oyunçusunu 900 qoldan cəmi 10 qol ayırır.

ƏLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources