EN

“Sınıq fənərlər küçələri”nin aktyorunu avtomobil vurub

Rusiyanın Sankt-Peterburq şəhərində teatr və kino aktyoru Aleksandr Mayorovu avtomobil vurub.

Qaziler.az bildirir ki, bu barədə mayın 6-da 78.ru telekanalı məlumat yayıb.

Aktyoru piyada keçiddən kənarda olarkən “Subaru” markalı avtomobil vurduğu deyiliir. Hadisə mayın 5-də saat 22:00 radələrində Laxtinski prospektində baş verib. Mayorov ağır vəziyyətdə 40 saylı xəstəxananın reanimasiya şöbəsinə işə salınıb, ona qapalı kəllə-beyin travması, beyin zədələnməsi, və digər xəsarətlər diaqnozu qoyulub.

Mayorov 22 sentyabr 1979-cu ildə anadan olub. 2004-cü ildə Sankt-Peterburq Dövlət Teatrının Sənət Akademiyasını bitirib, O, televiziya seriallarında, o cümlədən “Sınıq fənərlər küçələri”, “İstintaq sirləri”, “Dəniz şeytanları” və s. çəkilib

QAZİLER.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
70
qaziler.az

1Sources