Alman diktatoru Adolf Hitlerin sağ əli sayılan və ilk həbs düşərgələrinin tikintisinə cavabdeh olan Hermann Görinqin keçmiş evinin altından çılpaq, əlləri və ayaqları olmadan basdırılmış beş insan skeleti tapılıb.
Reyting.az-ın məlumatına görə, hazırda Polşada olan evdə araşdırma aparan həvəskar arxeoloqlar polisə məlumat verərkən, skeletlərdən birinin körpəyə aid olduğu, bütün sümüklərdə işgəncədən qaynaqlandığı güman edilən deformasiyaların olduğu bildirilib.
Evdə araşdırmaların davam etdiriləcəyi ehtimal olunur.