EN

ÜST: Psixi sağlamlıq problemləri "növbəti pandemiya" olacaq

ÜST-nin Avropa direktoru Kluge deyib: "Bütün dünyada, xüsusən də COVID-19 ilə gənclər də təcrid vəziyyətində idilər və bu, insanların psixi sağlamlığına da təsir edir. Xidmətlərimizdən gördüyümüz kimi, gənclərin çox narahatlığı və yuxu problemləri var".

 

Aztibb.az medimagazin.com.tr-yə istinadla bildirir ki, Kluge COVID-19 epidemiyasında gündəlik səhiyyə xidmətlərinin dayandırıldığını deyib. O, əksər ölkələrdə uşaqların rutin peyvəndinin dayandırıldığını və hazırda bölgənin həm Qərbində, həm də Şərqində qızılca epidemiyasının olduğunu söyləyib.

 

ÜST rəsmisi 149 ölkənin "epidemiya sazişi" imzalaması ilə bağlı danışıqların aparıldığını vurğulayıb.

 

Kluge Avropa İttifaqının son məlumatlarına görə, Aİ ölkələrində hər 6 nəfərdən 1-nin narahatlıq və yuxu problemi yaşadığını bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
26
aztibb.az

1Sources