EN

İrəvana yürüş edən keşişə Moskvadan dəstək gəldi - Baqratın Rusiyaya xidmət etdiyi təsdiqlənir

Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı Tavuş rayonundakı etirazları qızışdıran erməni kilsəsinin arxiyepiskopu Baqrat Srbazana(Qalstanyan) dəstək verənlərin sırasına Kremlin açıq himayədarlıq etdiyi və hazırda Moskvada oturaraq, Paşinyan hakimiyyətinə qarşı mübarizə aparan Ermənistanın sabiq müdafiə naziri, “Ümumerməni Cəbhəsi” partiyasının sədri Arşak Karapetyan da qoşulub.

“AzPolitika” xəbər verir ki, erməni mətrbuatı Karapetyanın keşiş Baqratla birgə İrəvana yürüş edənlərə dəstək müraciəti yayımlanıb: “Ümumerməni Cəbhəsi Hərəkatı və Partiyası Erməni Apostol Kilsəsinin Ermənistanın maraqlarını, “Vətən üçün Tavuş” hərəkatını, eləcə də onlarla həmrəylik nümayiş etdirənləri müdafiə etmək səylərini tam dəstəkləyir. Mən bütün ermənilərə müraciət edərək Tavuş xalqının öz doğma torpaqları uğrunda ədalətli mübarizəsinə dəstək vermələrini xahiş edirəm”.

Bununla da növbəti dəfə keşiş Baqratın kimlərin qulluğunda durduğu və kimlərin göstərişilə hərəkət etdiyi bir daha üzə çıxmış olub.

“AzPolitika.info” 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources