EN

Gürcüstandan Azərbaycana avtomobil ehtiyat hissələrinin qanunsuz gətirilməsinin qarşısı alındı (FOTO)

Bakı. Trend:

Ölkəyə avtomobil ehtiyat hissələrinin qanunsuz gətirilməsininqarşısı alınıb.

Trend xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumatyayıb.

Bildirilib ki, Gürcüstan istiqamətindən Tovuz Gömrük İdarəsinin“Qırmızı Körpü” gömrük postuna daxil olan, ilkin qeydiyyatmərhələsini keçdikdən sonra təyinat gömrük orqanına göndərilənnəqliyyat vasitəsinin GPS qurğusunun hərəkətinə əsasən marşrutdançıxdığı müəyyən edilib.

Gömrük əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlənəqliyyat vasitəsinin yeri müəyyən edilərək saxlanılıb. İlkinaraşdırma zamanı məlum olub ki, faktiki sahibi tərəfindən nəqliyyatvasitəsinin yük yerinin qapısına “Qırmızı Körpü” gömrük postundavurulmuş gömrük təminat vasitəsi olan plomb və “GPS” qurğusuonların tamlığı pozulmadan yük yerinin qapısındakı dayaqlar(vintlər) sökülməklə ayrılıb.

Daha sonra təyinat gömrük orqanında alınan gömrük ödənişlərindənyayınmaq məqsədilə mal-müşayiət sənədlərində qeyd olunmayan,əksəriyyəti istehsal ili yeni və “Land Rover” markasına aid 70 addaehtiyat hissələri boşaldılıb, onların yerinə isə yararsızvəziyyətdə, istehsal ili köhnə olan ehtiyat hissələri və nəqliyyatvasitəsinin gömrük ərazisinə daxil olarkən yüklə birgə qeydəalınmış ilkin çəkisini nizamlamaq üçün qum yüklənib.

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində faktüzrə qeyd olunan şəxslərin əvvəllər də oxşar əməllərə yolverib-verməmələri, qanunazidd əməllərin tam aşkara çıxarılması vətəqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətindəaraşdırmalar davam etdirilir.

Gürcüstandan
Gürcüstandan
Gürcüstandan
Gürcüstandan
Gürcüstandan
Gürcüstandan
Gürcüstandan
Gürcüstandan
Gürcüstandan
Gürcüstandan
Gürcüstandan
Gürcüstandan
Gürcüstandan
Gürcüstandan
Gürcüstandan
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
74
22
az.trend.az

10Sources