Xalq artisti Bilal Əliyev 36 il əvvəl toylarda qarşılaşdığı hadisədən söz açıb.
Müğənni bu haqda "Elgizlə izlə" verilişində danışıb.
"1993-cü ilin iyununda vətəndaş qarşıdurması başladı. İnanın, o illərdə o qədər zülmlər çəkdik ki... Biz toylara gedə bilmirdik. O zamanlar mən və bir sıra həmkarımız çox dəbdə idik. Ən bahalı məclisləri aparırdıq. Toydan yığılan pulları ələ keçirib, bizi silahla qorxudurdular. Onlar bütün pulları alırdılar" deyə, B.Əliyev əlavə edib. (Axşam.az)