Bakı. Trend:
Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson tezliklə "GBNews" telekanalının efirində veriliş aparacaq.
Trend-inxəbərinə görə, Conson bu barədə özünün "X" sosial şəbəkəsindəməlumat verib.
Keçmiş baş nazir qeyd edib ki, verilişdə Rusiya, Çin,Ukraynadakı müharibə barəsində düşüncələrini və qarşıdakı imkanlarbarədə fikirlərini bölüşəcək.
Qeyd edək ki, Boris Conson həm də bu ilin yayından BöyükBritaniyanın "Daily Mail" qəzetində köşə yazarıdır.