EN

Ərdoğan Rəisi ilə Daşkənddə regional məsələləri müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 9-da Daşkənddə iranlı həmkarı İbrahim Rəisi ilə görüşüb.

“İki sahil” Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, görüşdə liderlər ikitərəfli və regional məsələləri müzakirə ediblər.

Qeyd edək ki, hər iki ölkənin dövlət başçısı Daşkənddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısına qatılıb.

Chosen
1010
7
ikisahil.az

10Sources