EN

Şəhid Hüseynov Amil Rasim oğlunun anım günü keçirildi - Vətən Naminə

">

16.08.2024-cü il tarixində Füzuli rayonunun Əhmədalılar kəndində Şəhid Hüseynov Amil Rasim oğlunun anım günü keçirildi. Bunu vetennamine.az saytının Füzuli rayonu üzrə müxbiri Ədalət Sərkərov bildirib.

O, 1986-cı ildə anadan olmuş,orta təhsilini başa vurduqdan sonra hərbi xidmətdə olmuşdur. 2012-13-cü illərdə Türkiyədə komando kursunu layiqincə başa vurmuşdur. Çavuş rütbəsində kəşfiyyatçı olmuşdur. Beyləqan və Füzuli rayonlarının “N”saylı hərbi hissələrində xidmət etmişdir.
44-günlük Vətən müharibəsinin ilk günlərindən döyüşə atılmış, 10-oktyabr 2020-ildə qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının Sərəncamı ilə ölümündən sonra Füzulinin, Cəbraylln, Xocavəndin, Şuşanın azad olunmasına görə, Vətən uğrunda və Cəsur döyüşçü medalları ilə təltif olunmuşdur. Allah şəhidlərimizə rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist

Chosen
149
12
vetennamine.az

10Sources