
Sosial şəbəkələrdə Xətai rayonu 38 saylı şəhər poliklinikasında həkimin otağının baxımsız vəziyyətdə olması ilə bağlı görüntülər yayılıb.

E-saglam.az xəbər verir ki, otağın bir ildən artıqdır ki, bu vəziyyətdə olduğu, şəraitsiz ortamda pasiyent qəbulunun həyata keçirildiyi qeyd olunub.
Məsələ ilə bağlı TƏBİB-dən Modern.az-a bildirilib ki, hazırda sözügedən poliklinikada təmir işləri həyata keçirilir: “Poliklinika yaşayış binasının altında yerləşir. Bir neçə dəfə sözügedən endekronoloji kabinet üst mərtəbələrdən su axıntısına məruz qalıb və təmir həyata keçirilib. Poliklinikada bir aydan çoxdur ki, cari təmir işləri aparılır”.
E-saglam.az