RU

Yeni Suraxanı stansiyasında avtomobil qatar yoluna çıxıb, qəza baş verib

Dünən axşam saatlarında Yeni Suraxanı stansiyasının girişindəki dəmiryol keçidində dövlət qeydiyyat nişanı 77-CR-217 olan "Opel" markalı minik avtomobili qəflətən “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus elektrovozun yoluna çıxaraq qəzaya səbəb olub.

ADY-dan Avtosfer.az-a verilən məlumata görə,toqquşma nəticəsində xəsarət alan olmayıb.

ADY nəqliyyat vasitələri sürücülərinə çağırış edir: “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinin tələblərinə ciddi riayət edin, dəmir yolu keçidlərinə yaxınlaşarkən sürət həddini aşağı salın, yüksək sayıqlıq göstərin və keçidin qatardan boş olduğuna tam əmin olduqdan sonra hərəkətə davam edin!

Xatırladaq ki, dəmiryol keçidlərindən keçmə qaydalarının pozulması, nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə görə sürücülər 100 AZN məbləğində cərimə ediləcək.

Избранный
355
5
avtosfer.az

10Источники