Bu il yeddi mindən çox məzun ali təhsil müəssisələrinə ərizə verməyib.
Bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransı zamanı deyib.
O deyib ki, bu il ümumilikdə 101 mindən çox məzun olub:
“Onlardan 93 min məzun universitetlərə qəbul üçün ərizə verib. 7 mindən çox məzun isə ərizə verməyib. Əsas qəbul olunanlar bu ilin məzunları olub”.