RU

Türkiyədə ABŞ əsgərinin başına çuval keçirilib - Partiya sədri qisas mesajı verib, ABŞ səfirliyi isə....

Türkiyədə

Türkiyənin İzmir dəniz Limanında lövbər salan ABŞ hərbi gəmisində xidmət edən amerikalı əsgər şəhərdə vaxt keçirərkən bir qrupun hücumuna məruz qalıb.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, Alsancak Kıbrıs Şehitleri küçəsində aralarında Türk Gənclik Birliyininüzvlərinin də olduğu böyük bir qrup ABŞ əsgəri olduğunu anladıqları şəxsin başına çuval keçirib və ona "Yanki, evinə geri dön" deyiblər.

Hadisəni Vətən Partiyasının Gənclik Təşkilatı ilə Türkiyə Gənclər Birliyi öz üzərinə götürüb.

Polis hadisə ilə bağlı drəhal araşdırmalara başlayıb və hadisədə iştirakı təsdiqlənən 5 nəfər qandallanıb.

Vətən Partiyasının sədri Doğu Perinçek partiyada.larənın hərkətinə haqq qazandırıb: "Bu, ABŞ və İsrailin sözdə Kürdüstan, gerçəkdə isə "İkinci İsrail" planlarına meydan oxumq idi. Şərqi Aralıq dənizində silahlarını Türkiyəyə tuşlayan ABŞ, İsrail və Yunanıstan Hərbi Dəniz Qüvvələri hansı güclə üz-üzə olduqlarını hesablamalıdırlar. Eyni zamanda Türk Gəncləri HƏMAS lideri Haniyənin şəhadətinə cavab verib, İzmirdən qəhrəman Fələstin xalqına salamlar göndəriblər”.

ABŞ-ın Ankaradakı səfirliyi hadisə haqda açqılama verib. Bildirilib ki, başına çuval keçirilən əsgər hazırda təhlükəsiz yerdədir: "Hadisəyə operativ reaksiya verib, istintaq başlatdıqları üçün Türkiyə səlahiyyətlilərinə təşəkkür edirik".

E.ARAZ
Reyting.az
Избранный
308
50
reyting.az

10Источники