Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında Azərbaycanın paraatleti Lamiyə Vəliyevanı Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanması ilə bağlı paylaşım edib.
Fins.az paylaşımı təqdim edir:
"Ura! Növbəti qələbəmiz!
Dördqat dünya çempionu Lamiyə Vəliyeva “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazandı! İdmançımızı səmimi-qəlbdən təbrik edirəm! Azərbaycan azarkeşlərinə bəxş etdikləri sevincə görə bütün qaliblərə təşəkkürümü bildirirəm!"


