RU

Şərur rayonunda 16 yaşlı qız turşudan zəhərlənərək ölüb

Şərur

Şərur rayon sakini turşudan zəhərlənərək ölüb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə rayonun Kürkənd kəndində baş verib.

Kənd sakini, 2008-ci il təvəllüdlü Ələkbərova Gülnaz Cəmil qızı konservləşdirilmiş xiyar turşusunu yedikdən sonra zəhərlənib. Onu xəstəxanaya çatdırsalar da həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Şərur rayon Prokurorluğunda araşdırma aparılır.

Избранный
58
10
xalqcebhesi.az

10Источники