Şərur rayon sakini turşudan zəhərlənərək ölüb.
ARANTV.AZ APA-ya istinadən bildirir ki, hadisə rayonun Kürkənd kəndində baş verib.
Kənd sakini, 2008-ci il təvəllüdlü Ələkbərova Gülnaz Cəmil qızı konservləşdirilmiş xiyar turşusunu yedikdən sonra zəhərlənib. Onu xəstəxanaya çatdırsalar da həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Şərur rayon Prokurorluğunda araşdırma aparılır.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта