Dağıstanın paytaxtı Mahaçqalada yanacaqdoldurma məntəqəsində partlayış baş verib.
“Qafqazinfo” xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, partlayış nəticəsində 1-i uşaq olmaqla, 5 nəfər həlak olub.
Partlayış zamanı enerji obyektlərinə ziyan dəydiyi, yaxın ərazilərdə elektrik enerjisi təchizatının dayandırıldığı bildirilir.