AFFA-nın inzibati binasında Azərbaycan çempionatının yayım hüququna malik olan “CBC Sport” kanalının şərhçiləri ilə görüş keçirilib.
Görüşdə AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker və AFFA Hakimlər Departamentinin rəhbəri Ömər Paşayev iştirak edib. Onlar oyun qaydalarına edilmiş dəyişikliklər barədə məlumat verib, UEFA-nın ən son yeniliklərlə bağlı təlimatlarını media nümayəndələrinin diqqətinə çatdırıblar. Həmçinin Misli Premyer Liqasında və avrokuboklarda mübahisə doğuran epizodlar nümayiş etdirilib, mütəxəssislər hər epizodu ayrı-ayrılıqda şərh ediblər.
Daha sonra Frank De Bleker şərhçilərin suallarını cavablandırıb.
Daha sonra Frank De Bleker şərhçilərin suallarını cavablandırıb.