Böyük Dəbilqə yarışlarının 24 qat qalibi, serb tennisçi Novak Cokoviçin həyat yoldaşı Yelena Cokoviç ərinin tennis dünyasında qoyduğu miras haqda danışıb.
Publika.az xəbər verir ki, bu barədə “La Nacion” Yelenanın sözlərindən sitat gətirib:
“Dünyada baş verənləri görəndə, tennis həyatın kiçik prizması olsa da, insanlara xoşbəxtlik, sevinc, ümid gətirir. Onu zənginlərin yox, sadə insanların müdafiəçisi kimi görmək xoşuma gəlir. Çünki o, adi insandır, çox sadə bir ailədən – işçilər və xəyalpərəstlər ailəsindəndir. Və dünyanı gəzəndə onun hekayəsindən ilham alan çoxlu insan görürsən, çünki onlar da onun kimidirlər.