ABŞ Prezidenti Co Bayden ölkədə parlament seçkilərinin saxtalaşdırılmasına etirazlar fonunda Gürcüstan hakimiyyətinə müraciət edib.
Bizim.Media xəbər verir ki, Bayden bu barədə brifinq zamanı danışıb.
"Biz Gürcüstan hökumətini seçkilərdəki bütün pozuntuları şəffaf şəkildə araşdırmağa və dərhal bütün siyasi qüvvələrlə dialoqa başlamağa çağırırıq", - ABŞ prezidenti bildirib.
Bayden qeyd edib ki, oktyabrın 26-da keçirilən seçkilər zamanı “inzibati resurslardan dəfələrlə istifadə edilib, həmçinin seçicilərin qorxudulması və zorlanması faktları da olub”.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта