RU

COP for Hope: COP29-un əsas məqsədi iqlim maliyyələşdirilməsini səfərbər etməkdir - Nazir

Olaylar.az Trend-ə istinadən xəbər verir ki,M.Samake COP29 çərçivəsində Trend-ə açıqlamsında qlobal sammitin təşkilinə görə Azərbaycana təşəkkürünü bildirib və iki ölkə arasındakı möhkəm əlaqələri vurğulayıb.

"İlk növbədə, Mali Respublikası adından COP29-un təşkilinə görə Azərbaycan Respublikasına təşəkkürümü bildirirəm. Burada olmağımızdan məmnunuq", - o qeyd edib.

O, COP29-da Malinin əsas hədəflərini qeyd edərək, inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyi ilə mübarizə səylərində maliyyə dəstəyinin kritik əhəmiyyətini vurğulayıb.

"COP29-dan gözləntilərimiz maliyyə məsələləri ilə bağlıdır", - o deyib.

Dubayda keçirilmiş COP28-də götürülmüş öhdəlikləri xatırladan nazir, liderlərin indi vədlərini yerinə yetirməyə başlamasını gözlədiyini bildirib.

"Bizə maliyyələşdirmə ilə bağlı çoxlu vədlər verildi. İndi bu vəsaitləri səfərbər etmək və onların həcmini artırmaq zamanıdır", - o əlavə edib.

Nazir Mali kimi ölkələrin artan ehtiyacları ilə mövcud iqlim maliyyələşdirməsi səviyyəsi arasındakı ciddi fərqi vurğulayıb.

"Bugünkü iqlim dəyişikliyi ilə mübarizə üçün qlobal maliyyələşdirməyə ehtiyac çox böyükdür. Mövcud resurslarla tələb olunan vəsaitlər arasındakı fərq olduqca əhəmiyyətlidir", - o izah edib.

Nazirin sözlərinə görə, bu maliyyə fərqini azaltmaq, adaptasiya infrastrukturu, "yaşıl" enerji təşəbbüsləri və daha geniş miqyasda aşağı karbonlu enerjiyə keçid kimi əsas layihələri irəli aparmaq üçün vacibdir.

"Bu gün maliyyə resurslarını səfərbər etmək, bu fərqi azaltmaq və adaptasiya ilə yanaşı, infrastruktur və "yaşıl" layihələri maliyyələşdirmək vacibdir. Bu, bizim əsas gözləntimizdir", - deyə o bildirib.

Nazir Mali Respublikasının iqlim dəyişikliyi probleminin həllinə sadiqliyini təsdiqləyib və COP29-da iştirak etmək və iqlim maliyyələşdirilməsində qətiyyətli tədbirlərə çağırmaq imkanına görə təşəkkürünü bildirib.

Bu sahədə bu konfransın əhəmiyyətli irəliləyişə səbəb olacağına ümidvar olduğunu bildirərək İqlim maliyyəsini səfərbər etməyə çağırdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
125
50
olaylar.az

10Источники