Müsavat Partiyası Azərbaycanda 29 yanvar 2025-ci il tarixinə təyin edilmiş bələdiyyə seçkilərində iştirak edəcək.
Bu qərarı bu gün Partiyanın Divanı qəbul edib.
Namizədlərinin seçkidə iştirakı, namizədlərini irəli sürmək məsələləri partiyanın rayon təşkilatlarına tapşırılıb.
MSK-nın məlumatına görə, 25 yanvar seçkilərində 685 bələdiyyə şurasına 8 mindən çox üzv seçiləcək.
REAL Partiyası da bələdiyyə seçkilərində iştirak edəcəyini bildirib.