RU

Mark Kukurelya butslarını çöpə atdı

“Çelsi”nin sol cinah müdafiəçisi Mark Kukurelya İngiltərə Premyer Liqasının 15-ci turunun “Tottenhem”lə oyununda butslarını çöpə atıb.

Arena.az məlumat verir ki, Kukurelya bu barədə özünün sosial şəbəkə hesabı üzərindən şəkil paylaşıb.

İspan futbolçu zibil qutusuna atdığı butslarının şəklini “Məni bağışlayın, “mavilər” ifadəsi ilə şərh edib.

Xatırladaq ki, “Çelsi” 0:2 hesabı ilə geri düşdüyü oyunda geri-dönüş edərək, 4:3 hesablı səfər qələbəsinə sevinib. Maraqlıdır ki, Kukurelya iki dəfə sürüşərək, “mahmızlar”ın 2:0 hesablı üstünlük qazanmasına şərait yaradıb. Elə oyunun gedişində butslarını dəyişdikdən sonra isə Kukurelya “zadəganlar”ın ingilis hücumçusu Ceydon Sançoya məhsuldar ötürmə verməklə, hesab arasındakı fərqin azalmasına töhfəsini verib.

Mark Kukurelya “Espanyol” və “Barselona”nın futbol məktəblərini keçib. Kukurelya vaxtilə “blauqrana”da cəmi 1 oyun keçirib. Kukurelya İspaniyada “Xetafe” və “Eybar”ın da formasını geyinib. 2021-ci ildə “Xetafe” Kukurelyanı 18 milyon avro məbləğ müqabilində “Brayton”a satıb. 2022-ci ilin avqustunda isə “Çelsi” 65,3 milyon avro məbləğ ödəməklə ispan müdafiəçini heyətinə qatıb.

Mark Kukurelyanın “zadəganlar”la müqaviləsi 2028-ci ilin iyunun sonuna qədər qüvvədədir.

Kukurelya cari mövsümdə “zadəganlar”ın heyətində 16 oyuna çıxıb, 1 məhsuldar ötürmə verib.

Kukurelyanın “Çelsi”nin heyətində çıxışının ümumi mənzərəsi 75 oyun, 1 qol və 5 məhsuldar ötürmədən ibarətdir.

Mark Kukurelya 2021-ci ilin iyun ayında debüt etdiyi İspaniya yığmasının heyətində 13 oyuna çıxıb, 1 məhsuldar ötürmə müəllifi olub.

Kukurelya “qırmızı qəzəb”lə AÇ-2024-ün qalibi olub. Kukurelya 2021-ci ildə İspaniyanın Olimpiya yığmasının heyətində Olimpiadanın da qalibi olub. Müdafiəçinin qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya Kral Kuboku (2017/2018) da var.

“Transfermarkt” internet-portalı 26 yaşlı ispan müdafiəçinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Избранный
83
1
arena.az

10Источники