RU

BMT-dən Ukrayna ilə bağlı XƏBƏRDARLIQ

BMT Ukrayna ilə bağlı növbəti xəbərdarlıq edib. 

“Cebheinfo.az” “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin (OCHA) maliyyələşdirmə və tərəfdaşlıq şöbəsinin direktoru Lisa Duqten Ukraynada humanitar böhranla bağlı hesabat verib. 

L.Duqten BMT-nin Təhlükəsizlik Şurasının iclasında bildirib ki, Rusiya tərəfindən Ukraynanın strateji obyektlərinə qarşı istifadə olunan uzaq mənzilli raketlər ölkədə humanitar böhranın gərginləşməsinə və insan itkilərinin artmasına səbəb olur. 

“Keçən ay Rusiya Ukraynanın 11 regionuna uzaq mənzilli raketlər ilə zərbələr endirib. Hücum nəticəsində 65 dinc sakin həlak olub, 372 nəfər isə yaralanıb”,-  deyə BMT-nin rəsmisi vurğulayıb. O, Ukraynada indiki vəziyyətin daha da fəlakətə doğru getdiyini də bildirib: “Ukraynanın bəzi bölgələrində hava temperaturunun kəskinləşdiyi bir zamanda Rusiyanın artan hücumları nəticəsində dinc sakinlər arasında ölənlərin və yaralanların ayı artmaqdadır”. 

Ukraynada strateji obyektlərin hücuma məruz qalması ilə bağlı məsələyə toxunan Duqten vurğulayıb ki, Ukrayna xalqı “daimi atəşkəs və qeyri-mümkün seçimlərlə üz-üzə qalıblar.

“Sadə ukrayniyalar təhlükəli bir şəraitdə yaşadığı əraziləri tərk etmək məcburiyyətində qalırlar. Evlərini tərk etmədiyi halda ölüm riski ilə üzləşirlər. Bu ilin mart ayından etibarən Rusiya Silahlı Qüvvələri Ukraynanın enerji infrastrukturuna qarşı dəfələrlə genişmiqyaslı koordinasiyalı hücumlar həyata keçirib. Nəticə etibarilə enerji istehsal edən obyektlərin 60%-dən çoxuna ziyan dəyib. 

Ölkədə bir çox istilik, elektrik və su təchizat sistemləri sıradan çıxıb”,- deyə o əlavə edib. BMT-nin rəsmisi, həmçinin Ukraynada 14,6 milyon insan humanitar yardıma ehtiyac duyduğunu diqqətə çatdırıb. O, beynəlxalq ictimaiyyəti 2025-ci il üçün Ukraynaya maliyyə dəstəyinin artırılmasına çağırıb. 

Избранный
66
50
cebheinfo.az

10Источники