RU

İranda 1 ayda 132 nəfər edam edlib

Noyabrın 21-dən dekabrın 21-ə kimi İran həbsxanalarında 132 məhbusun edam hökmü həyata keçirilib.

Bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Məlumata görə, bu müddət ərzində daha 28 nəfər barədə edam hökmü çıxarılıb, 8 nəfərin isə edam hökmü təsdiq olunub.

Bir neçə gün əvvəl isə Vaşinqtonda yerləşən Ölüm Cəzası Məlumat Mərkəzinin hesabatına görə, 2023-cü ildə İranda 800-dən çox məhbus edam edilib və bu sahədə İran dünya ölkələri üzrə birinci yeri tutub.

2024-cü ilin əvvəlindən bu gün kimi isə İran həbsxanalarında edam edilənlərin sayı 2023-cü ildəkindən çoxdur.

visiontv.az



Избранный
46
19
visiontv.az

10Источники