RU

AÇIQLANDI: Ukrayna bu raketlə Moskvanı VURMAĞA HAZIRLAŞIR, Putinlə Tramp Bakıda GÖRÜŞÜR

Ukrayna Moskvaya çata biləcək “Trembita” adlı raket hazırlayır. Bu barədə “Ekonomist” nəşri məlumat yayıb. Məlumata görə, raket saatda 400 kilometrə qədər sürət yığa bilir və 200 kilometr uçuş məsafəsinə malikdir. Lakin Rusiya paytaxtına çata bilən daha güclü model hazırlanır. Son sınaqlarından sonra “Trembita”nın kütləvi istehsalına başlanılması planlaşdırılır.

Nəşrin məlumatına görə, hazırda ölkədə 10-dan çox raket layihəsi var.

Tanınmış rusiyalı politoloq Sergey Markov ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla Rusiyanın hazırkı lideri Vladimir Putinin mümkün görüş yerini proqnozlaşdırmağa çalışıb.

Publika.az xəbər verir ki, o bu barədə, özünün Telegram kanalında məlumat yayıb.

Markov Bakını bu danışıqlar üçün ən ideal yer hesab edir: “Putin və Tramp harada görüşəcək? Artıq namizədlər var. Bir nömrəli namizəd Bakıdır. Məhz Bakı Rusiya Baş Qərargahı və ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin rəhbərlərinin daimi görüşlərinin keçirildiyi yer idi. Başqa sözlə, həqiqətən yaxşı sınaqdan keçmiş bir yer. Bu yaxınlarda Bakıda BMT-nin böyük iqlim sammiti keçirilib.”

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində siyasətçi Nemət Pənahlı ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Избранный
94
1
minval.info

2Источники