Aktauda qəzaya uğrayan AZAL-a məxsus sərnişin təyyarəsinin sağ qalan bələdçisi Aydan Rəhimli görüntülərinin hansısa mahnının fonunda paylaşılmasını istəmir.Bu barədə Aydanın müalicə olunduğu “Yeni Klinika”nın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova məlumat yayıb:
“Əziz dostlar, bələdçi Aydan xanımın bir xahişini çatdırım: “Xahiş edirəm, deyin mənim videolarımı musiqi ilə montaj edərək sosial hesablarda yaymasınlar. Mən aktrisa deyiləm, bələdçiyəm, yaralarım isə göründüyündən daha dərindir”.