Respublika Qan Bankının və Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin birgə təşkilatçılığı ilə “Həmrəy olaq, Qanımızla yaşadaq” adlı könüllü qanvermə aksiyası təşkil olunacaq.
Tədarük olunan qanlar irsi qan xəstəliyindən əziyyət çəkən insanlara, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq.
Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin mətbuat xidmətinin verdiyi məlumata əsasən, bu cür xeyriyyə tədbirlərinin gələcəkdə də davamlı olaraq keçirilməsi nəzərdə tutulur.
Qanvermə aksiyaları və təbliğat-təşviqat xarakterli tədbirlər Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramına uyğun, həmçinin Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində həyata keçirilir.
Qanvermə aksiyası 29.12.2024-cü il Mərkəzi Qan Bankında saat 10:00-dan 20:00-dək davam edəcək.