Azərbaycandan külli miqdarda qızıl çıxarmaq istəyən şəxs saxlanılıb.
Bakupost.az-ın əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsi Əməliyyat İstintaq Baş İdarəsinin əməkdaşları bununla bağlı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında əməliyyat həyata keçiriblər.
Əməliyyat zamanı 4 kiloqram qızılı ölkədən çıxarmaq istəyən Əfsər Mirzəliyev adlı şəxs saxlanılıb.
Qeyd edək ki, Ə.Mirzəliyev vəzifəli şəxsdir və dövlət qurumlarından birində məsul vəzifədə çalışır.