
Kanada və ABŞ arasındakı gərginlik durmadan artır. Əlbəttdə əsas səbəb ABŞ-ın yeni seçilmiş prezidenti DOnald Trampın Kanadanı ABŞ-a qatmaq fikirləridir. Kanadanın Baş naziri Castin Trüdo ölkəsinin heç vaxt ABŞ-ın 51-ci ştatı olmayacağını deyib. Bu barədə Kanada hökumətinin başçısı “X” sosial şəbəkəsində yazıb. “Kanadanın ABŞ-nin bir hissəsi olmaq şansı zərrə qədər də yoxdur”, - paylaşımda qeyd edilir. Onun sözlərinə görə, hər iki xalq öz ölkələrinin ticarət və təhlükəsizlik sahəsində bir-birinin ən böyük tərəfdaşı olmasından faydalanır.
Mətləb Salahov