RU

Bağlı qapı arxasında qalan uşaq belə xilas edildi – VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu, B.Çobanzadə küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirliyin Mətbuat xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə onikimərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olub 2016-cı il təvəllüdlü uşağı xilas edərək valideynlərinə təhvil veriblər.



Bizim.Media

Избранный
115
9
bizim.media

10Источники