RU

"Bank of Baku"da faiz gəlirləri  24 milyon manat artıb

2024-cü ilin sonuna "Bank of Baku"da faiz gəlirləri 152,7 milyon manat təşkil edib.

FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.

Məlumata görə illik müqayisədə gəlirlər 24,4 milyon manat, yəni 19% artıb.

Faiz gəlirlərinin 144,3 milyon  manatı müştərilərə verilmiş kreditlərdən əldə edilən gəlirlər hesabına formalaşıb ki, bu da illik müqayisədə 22,5 milyon manat (18%) çoxdur.

Bundan başqa  banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri 15 min manat, banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri 3,5 milyon  manat, ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri 4,3 milyon  manat, digər faiz gəlirləri isə 596 min manat təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri fə 1,9 milyon manat (81%), digər faiz gəlirləri 299 min manat (2 dəfə)  artıb.

Избранный
71
3
fed.az

10Источники